“The Next Millionaire Next Door” (“Qonşuluqdakı milyoner”) kitabının müəllifi Sara Stenli Fallo 600 amerikalı milyonerin həyat tərzini araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, çox varlı insanlar sərvətləri ilə müqayisədə ucuz evlərə üstünlük verirlər. Bu da digər işlərə investisiya qoymaq üçün pula qənaət etməyə kömək edir.
Həmçinin oxu: Pulu necə xərcləmək lazımdır?
Fallonun sözlərinə görə, insanın yaşadığı rayon onun pulu necə xərcləməsinə təsir edir.
“Əgər siz varlı rayonda bahalı bir evdə yaşayırsınızsa, qonşularınızın istehlak vərdişlərini təkrarlamaq ehtimalınız daha yüksəkdir. Zamanla əsl zəngin olmaq şansınız isə azalır."
“Business Insider” evinin dəyəri kapitalının 5%-dən az hissəsini təşkil edən milyarderlərə nümunə gətirir:
Milyarder-investor Uorren Baffet Nebraska ştatının Omahe şəhərində 1958-ci ildə 31,5 min dollara aldığı evdə yaşayır. 2019-cu ildə inflyasiya göstəricilərini nəzərə alaraq ev 274 357 dollar dəyərində qiymətləndirilib. Bu məbləğ Baffetin 82,1 milyardlıq kapitalının 0,0003 %-ni təşkil edir. 2017-ci ilin göstəricilərinə əsasən isə ev 652 619 dollar dəyərində qiymətləndirilirdi.
“Facebook”un təsisçisi Mark Zükerberq Palo-Altoda sərvətinin 0,01 %-ni təşkil edən evdə yaşayır. Milyarder bu ev üçün 2011-ci ildə 7 milyon dollar ödəyib. İndi bu məbləğ 7,8 milyon dollara bərabərdir.
“Elə də kiçik rəqəm deyil, amma 71,1 milyardlıq varidatı olan biri üçün kifayət qədər aşağıdır”,
Həmçinin oxu: Yüksək vergi ödəmək istəyən milyarderlər
“Snapchat”in təsisçisi Evan Şpiqel 2016-cı ildə Los-Ancelesdə 12 milyon dollara (bu gün 12,6 dollar) ev alıb. Bu, onun 2,2 milyard dollarlıq sərvətinin 0,57%-dir.
Oktyabrda 40 yaşa qədər ən varlı amerikalıların siyahısında Mark Zükerberq birinci yerdə qərarlaşıb. Ancaq siyahının ən gənc iştirakçısı Evan Şpigeldir.
Qeyd edək ki, Sara Stenli Fallo “Affluent Market Institute”ın tədqiqat üzrə direktorudur. O, bildirir ki, sorğu keçirdiyi 600-dən çox milyonerin əksəriyyəti heç vaxt illik gəlirindən üçqat baha olan ev almayıb.
Nigar Umaxanlı, Finco.az
Bizi sosial şəbəkələrdən izləyin!!