Hansı banklar lombard krediti verir? | Banco.az

Hansı banklar lombard krediti verir?

Lombard - vətəndaşlara daşınar əmlakı girov qoymaqla qısa müddətlik pul krediti verən xüsusi kommersiya təşkilatıdır.

Lombardın əsas fəaliyyəti vətəndaşlara qiymətli metal, məişət avadanlığı, avtonəqliyyat qarşılığında borca pul verməkdir. Bu fəaliyyət növü ilə ənənəvi olaraq, xüsusi lombard müəssisələri məşğul olurdu.

İndi isə banklar da oxşar xidməti, lakin daha sərfəli və etibarlı şərtlər ilə təqdim edirlər. İş yerindən arayış təqdim edə bilməyənlər üçün bu münasib xidmətdir.

Mövcud iqtisadi şəraitin təsiri ilə hal-hazırda bu tip kredit verən bankların sayı digər illərlə müqayisədə daha azdır.

Sizi bazardakı aktiv lombard kredit təklifləri ilə tanış etmək istərdik:

Bank

Məbləğ

(AZN)

Müddət

Faiz

Məbləğin girova
 nisbəti

Bank Avrasiya1

350-10.000 12- 24 ay 27% 70%
Bank BTB2 300-5.000 3-24 ay 34% 70%

Expressbank

500-10.000

24 ay

36%

70%

Turanbank3

10.000 24 ay 29-36% 70%

Ən sərfəli kredit üçün müraciət et

  1. Bank Avrasiya - sadəcə “Sumqayıt” filialı və  “Buta” filialında lombard krediti verilir.
  2. Bank BTB - sadəcə "Əcəmi" filialında lombard krediti verilir.
  3. Turanbank - sadəcə "Yasamal" filialı,"Xaçmaz" filialı, "Nur" filialı, "Binəqədi" filialı, "Bakı" filialı, "Sumqayıt" filialında lombard krediti verilir

Lombard Kreditini əldə etmək üçün şəxsiyyət vəsiqəsi və girov qoyacağınız zinət əşyası kifayət edər.

Unutmayın ki, Lombard müəssisələri ilə müqayisədə Banklar daha etibarlıdır.

Bu səbəbdən bu tip pul kreditləri üçün banklara müraciət edəsiniz.

Lombard kreditlərinə görə bankı seçməyiniz üçün 7 səbəb:

  1. Qızıl-zinət əşyasını bankda girov saxlaması daha təhlükəsizdir;
  2. Ödənişlərdə istənilən filialda ödəyə bilməsi, lakin Lombard-da isə yalnız götürdüyü ofisdə ödənişləri edə bilərsən;
  3. Banklarda qızılın daha yüksək qiymətləndirilməsi;
  4. Banklarda istənilən vaxt rahat tam ödənişi etməsi və tez girovun qaytarılması;
  5. Fiziki şəxslərdən Lombard köşklərinin istənilən vaxt bağlanması və həmin şəxsin gizlənməsi, lakin banklarda isə tam şəffaflıq hökm sürür;
  6. Banklarda əmanətə toxunulmur, lakin Lombardlarda isə bu mümkün olur;
  7. Banklarda girovun yalnız müştərinin razılığı ilə və ya məhkəmənin qərarı ilə açılması, lakin Lombardlarda isə ödəniş gecikdiyi halda girov açıla bilər.

Bizi Facebook səhifəmizdən də izləyə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et