Hansı banklar lombard krediti təklif edir və şərtlər necədir? Banco.az-ın araşdırması | Banco.az

Hansı banklar lombard krediti təklif edir və şərtlər necədir? Banco.az-ın araşdırması

Hansı banklar lombard krediti təklif edir və şərtlər necədir? Banco.az sizin üçün lombard krediti təklif edən bankları və onların şərtlərini təqdim edir. 

Təcili pul ehtiyacının aradan qaldırılmasının ən aktual və operativ yollarından biridə lombard kreditləridir. Lombard nədir, ilk lombardlar harada yaranıb, ölkəmizdə ilk lombard nə zaman fəaliyyətə başlayıb və hal-hazırda ən sərfəli lombard kreditlərin haradan əldə etmək olar – bütün bu sualları məqaləmizdə cavablandırmağa çalışacıq.

Lombard - daşınar əmlak girovlu borclar təqdim edən kommersiya təşkilatıdır, adından da görsəndiyi kimi İtaliyanın Lombardiya əyalətinin şərəfinə adlandırılıb,lakin maraqlısı odur ki, ilk lombardlar XV əsrdə öz fəaliyyətini İtaliyada yox məhz Fransada başlamışdır, buna səbəb isə Lombardiyadan Fransaya köç etmiş italyanların məhz burada ilk Lombardı açması olmuşdur. İxtisaslaşmasından asılı olaraq lombardlar qiymətli metal, məişət əşyaları, nəqliyyat vasitələri və s. daşınar əmlakları girov olaraq qəbul edir. Azərbaycanda ilk Lombard XX əsrin əvvələrində fəaliyyətə başlamışdır və hal-hazırda ölkəmizdə lombard tipli kommersiya təşkilatlarının sayı yetərincə çoxdur. Araşdırmamız nəticəsində hal-hazırda ölkəmizdə lombard kreditlərini ən sərfəli şərtlərlə təqdim edən bankların siyahısı müəyyən edilmişdir. Bu siyahını diqqətinizə çatdırmaq istərdik.

Ən sərfəli kredit üçün müraciət et

*Qeyd: Yalnız rəsmi gəlirlər əsasında təqdim olunur

Yusif Yusubov, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et