Hansı banklar biznes kartları təklif edir - SİYAHI | Banco.az

Hansı banklar biznes kartları təklif edir - SİYAHI

Biznes kart nədir?

Biznes kartları hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslər üçün, yəni iş adamları üçün nəzərdə tutulur. Bu növ kartları əldə etmək üçün VÖEN-ə sahib olmaq lazımdır.

Həmçinin bax: Ən sərfəli biznes kartları - ARAŞDIRMA -YENİ 2022

Biznes kartlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə bir sıra önəmli ödənişlərini həyata keçirmək üçün nəzərdə tutulur. Məlumdur ki, şirkətlər tez-tez xidməti ezamiyyətlər təşkil edir, ofisdən kənarda müştərilərlə və partnyorlarla təqdimatlar və görüşlər keçirir. Bu da çoxlu xərclər tələb edir. Şirkətlərin buu tip xərcləri biznes kartlar vasitəsi ilə həyata keçirməsi daha sərfəlidir. Çünki bu zaman işçilər üçün edilən bütün xərclərə nəzarət etmək mümkün olur. Bu növ kartlar təşkilatın cari hesabına bağlansa da, hər bir kart üzrə fərdi limit müəyyən etməyə imkan verir. Bununla da əməkdaşların iş zərurəti ilə əlaqəli xərcləri asan və rahat idarə olunur, həmçinin əməkdaşlara vəsaitlərin ayrılması proseduru və mühasibatlıq hesabatı əhəmiyyətli dərəcədə sadələşir.

Biznes kartlarının müxtəlif növləri vardır: buraya VISA Business, MasterCard Business, VISA Business Gold, VISA Business Gold, VISA Business classic, MasterCard Business, Visa Corporate və s. növləri vardır.

Banco.az oaraq biznes kartları təklif edən bankları, onların məhsullarını və qiymətlərini araşdırdıq:

Bank

Business card

İllik xidmət haqqı (AZN)

AccessBank

Visa Business

20

Atabank

VİSA Bussines

Müqaviləyə əsasən

Bank Avrasiya

MasterCard Business

20

Visa Business

Bank Respublika

MasterCard Business

pulsuz

VISA Business 

VISA Business Gold

Bank of Baku

İşkart

pulsuz

Dəmirbank

Visa Business Silver

30

VISA Business Gold

50

Expressbank

Visa Business

20

Kapital Bank

Visa Business

30

Visa Business

40

Paşa Bank

Visa Business

30

MasterCard Business

30

Rabitəbank

MasterCard Business

30

Xalq Bank

Visa Business

pulsuz

MC Business

Ən sərfəli kredit üçün müraciət et

"Bank of Baku"nun məhsulu olan İşkart-ın bir sıra növləri vardır. İşkart bank tərəfindən kampaniya ilə əlaqədar olaraq fevralın 20-ə qədər pulsuz təqdim olunur.

"Paşa Bank"ın biznes kartları isə 3 illik müddətə təqdim olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et