Güvəndiyim qar yağdı | Banco.az

Güvəndiyim qar yağdı

Müəllif: Bahadur Əlizadə

Bizlər həyatda niyə həmişə maneələrlə qarşılaşırıq və bu maneələr bizi sonrakı məqsədimizdən geri döndərir?

Maneəsiz həyat yoxdur. Heç  vaxt uğura gedən yol A və B nöqtələrini birləşdirən düz xətt kimi ola bilməz. Yalnız nadir insanlar tapılar ki, onların yolu düz xətt kimidir. Əgər həyatınız düz xətt olsa və əldə etmək istədiyiniz bütün istəkləriniz yerinə yetsə siz intihar həddinə qədər çata bilərsiniz. Çünki həyatda arzusu olmayan insan həyatın mənasız olduğu qənaətinə gələcək və intiharı seçəcək. Məhz buna görə həmişə çox böyük bir arzu ilə yaşayın. Elə bir arzu ki, ona çatmağınız mümkün olmasın. Ulduzlar kimi uzaq bir arzu. Amma məqsədlərinizi və hədəflərinizi daha dəqiq və aydın seçin ki, onlara çata biləsiniz. Arzular sizə hədəflərinizə gedən yolda bir işıq kimi yol göstərəcək. Hər dəfə çətinliyə düşdüyünüzdə , məqsədinizə gedən yoldan çıxmaq istədikdə arzular sizə kömək olacaq. Onları düşündüyünüz təqdirdə siz hər bir çətinliklə rahatlıqla mübarizə apara biləcəksiniz.

Bəs niyə həmişə mən maneələrlə qarşılaşıram deyə özünüzə sual versəniz cavabında bunu deyə bilərəm ki, əgər bu sualı mən də özümə verirəmsə deməli hər kəsin başına gəlir. Maneələr hər zaman var və hər kəsin öhdəsindən gələ biləcəyi maneələr daha çox olur. Maneələr özləri də bir növ motivasiyadır.Əlbəttə ki, bunu hamıya şamil etmək olmaz. Bəzi insanlar demotivasiya edici sözlərin əksini sübut etmək üçün daha çox işləyirlər. Bu cəhətdən motivasiya alan insanlar öz üzərilərində işləməyi bacaran və işinin peşəkarına çevrilə bilən şəxslərdir. Motivasiya mənbəyinizi bacardığınız qədər cansız əşyalardan seçin ki, mənbə xələl gördükdə siz depresiyaya düşüb həyat həvəsinizi söndürməyəsiniz. Misal olaraq həddindən artıq ideallaşdırdığınız, güvəndiyiniz birini nümunə götürərək içki içməyirdiz və bir gün həmin şəxsin sərxoş olduğunu görsəniz bütün ümidləriniz puç olacaq və motivasiyanız sönəcək ya da siz də həmin şəxs kimi içkiyə qurşanacaqsınız. Bir sözlə güvəndiyiniz dağlara qar yağacaq.Ona görə də güvəncinizi dağa yox qara bağlsanız heç nə itirməzsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bu günkü formulum isə belədir:

|demotivasiya|=motivasiya

 

Ən sərfəli krediti almaq üçün müraciət et