Gürcüstanın Azərbaycana ixracı azalıb | Banco.az

Gürcüstanın Azərbaycana ixracı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 327,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 9,3% azalıb.

Doqquz ay ərzində Azərbaycan Gürcüstanın ümumi ixracında 13,6% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çindən sonra II yeri tutub.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et