Bir planet sahib olmaq göründüyü kimi çətin deyil, tək etməmiz lazım olan xəritədən bir planet seçmək və onun sizə aid olduğunu söyləmək.
Kaliforniyalı Dennis Hope təkcə Aya deyil, Mars, Venera, Merkuri və Yupiterə sahib olduğunu iddia edərək, oradakı əraziləri satmağa başlayır və milyonlar qazanır. Gəlin onun hekayəsinə birlikdə baxaq.
Əslində ikinci əl avtomobilləri satmaqla məşğul olan Hope, bu işə başlamağa razı salma bacarığını müşahidə etdikdə qərar verdi.
Həyat yoldaşından yeni boşanmış, maddi vəziyyəti pisləşmiş Dennis pul qazanmaq üçün saxta sənədlər düzəldərək, ərazi satmaq fikrini düşünəndə imkansız kimi görünmürdü. Öz-özünə dedi: Niyə də yox?
Ayda mülkiyyət hüququ iddia edərək, torpaq satmağa qərar verən Dennis tezliklə işə başladı.
O zamana qədər kimsənin ay üzərində mülkiyyət hüququ iddia etdiyini eşitmədiyindən ay ilə bağlı bütün kitabları oxumağa başlayır.
Əvvəllər heç kəsin belə bir tələbdə olmadığını öyrənərək, həmin saxta sənədlər üzərində işləməyə başlayır.
Sadəcə ay deyil, digər səkkiz planetə sahib olduğunu göstərən saxta sənədləri hazırlamağa başlayır. Hazırladığı sənədlər bir neçə müraciətdən sonra hökumətdən təsdiq alır. Bu təsdiqə güvənərək hazırladığı sənədləri Birləşmiş Millətlər Təşkilatının əsas mərkəzinə və sovetlər birliyinə yollayır ancaq heç bir cavab almır və bunu müsbət cavab olaraq qəbul edir.
Artıq təsdiq etdiyi sənədləri yanından ayırmayaraq sahib olduğu planetləri satmağa başlamaq vaxtı idi.
Cibimdəki sənədlərlə günlərcə boş-boş gəzirdim. Məndən nə satdığımı soruşduqlarında, cavabım ay idi.
Hope işləri böyüdərək özünü Ayın səfiri elan etmişdi.
Hope 180 fərqli ölkədə BBC və CNN kimi kanalların da daxil olduğu, 80 fərqli televiziya kanalında proqramlara dəvət edilir.
1995-ci ildə öz işini tərk edərək Moonshop adlı vebsayt qurur.
.ay, .mars ilə bitən bütün şeyləri satmağa başlayır. İşləri o qədər yaxşı gedir ki, günə 1500 ərazi satmağı bacarır.
Tom Cruise, Nicole Kidman, Ronald Reagen və George Bush kimi bir sıra tanış simalar Dennisdən ərazi alır.
97 yaşında olan Dennisin müştərilərinin sayı o qədər çox idi ki, hər yaşdan insana rast gəlmək olardı.
İşləri o qədər qəribə hal almışdı ki, 2004-cü ildə bir Galaksi dövləti qurur. 173 000 ərazi sahibinin təsdiqini alır.
2009-cu ildə bir uzay maşını dizayn eləyəcəkdi ,maşın istifadə edildikdə aya 70 000 insan daşımaq mümkün olacaqdı.
Bu qəribə biznesin bitməsi lazım olduğunu düşünən kosmos hüquq əməkdaşları, Dennisin bir fırıldaqçı olduğunu açıqladılar.
Almaniya və İsveç Dennisə məhkəməyə vermək istəsələr də bunu etmirlər, Çin isə ona qadağa qoyur.
Ayın bir bölümünü 14 sterlinə satan Hope bu işdən 7.7 milyon sterlin (təqribən bizim pulla, 18 milyon manat) qazanmışdı.
Belə ideyalar çox olub tarixdə...
Tanış olmaq istəyirsinizsə klikləyin.
Xəzər Aslanov. Banco.az