Google Hindistanda Pixel smartfonlarını təqdim edəcək | Banco.az

Google Hindistanda Pixel smartfonlarını təqdim edəcək

Müəllif:Fərid İslamov/Banco.az

Google (Alphabet Inc.-in bir hissəsi) Hindistanda Pixel smartfonlarının istehsalına başlamağı planlaşdırdığını açıqladı.

Banco.az-ın məlumatına görə bu, ən son Pixel, 8 seriyası olacaq. Onlar 2024-cü ilin əvvəlində bazara çıxacaqlar.

"Hindistan Pixel smartfonları üçün prioritet bazardır və biz Hindistan müştərilərinə ən yaxşı aparat və proqram təminatı həllərini təqdim etməyə sadiqik" deyə Google-un baş vitse-prezidenti Rik Osterloh deyib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl Apple Inc istehsalı şaxələndirmək və potensialının bir hissəsini Hindistana köçürmək planlarını açıqlamışdı.

2023-cü ilin əvvəlindən Alphabet-in kapitallaşması 56% artaraq 1,77 trilyon dollara çatıb.

Ən sərfəli krediti almaq üçün müraciət et