“Goldman Sachs” gələn il "daha erkən və daha aqressiv" faiz endirimləri gözləyir | Banco.az

“Goldman Sachs” gələn il "daha erkən və daha aqressiv" faiz endirimləri gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” FED-in 2024-cü ildə "daha erkən və daha aqressiv" faiz endirimləri edəcəyini düşünür.

Banco.az xəbər verir ki, iki ildən artıqdır ki, dünyanın əksər mərkəzi banklarının inflyasiya ilə mübarizə apardığı bir şəraitdə “Goldman Sachs”ın baş iqtisadçısı Yan Hatzius hesab edir ki, istehlakçılar üçün çətin dövr artıq bitib.

Hatzius bazar ertəsi günü "Böyük inflyasiya azalması" başlıqlı qeyddə bir sıra məsələlərə toxunub.

O yazır ki, inkişaf etmiş bazarlarda bir çox böyük mərkəzi banklar 2024-cü ildə qiymət artımları azaldıqca faiz dərəcələrini "daha tez və daha aqressiv şəkildə" aşağı salacaq.

Hatzius qarşıdakı dövrdə ardıcıl olaraq üç dəfə 25 baza bəndi faiz endirimi gözləyir.

O, faiz endirimlərinin gələn ilin birinci yarısında - yəqin ki, mart, may və iyun aylarında həyata keçiriləcəyini, ilin sonuna kimi iki əlavə endirim qərarının da qəbul edilmə ehtimalı olduğunu bildirib. Daha sonra 2025-ci ildə növbəti üç faiz endirimi gözlənilir  və Fed fondlarının faiz dərəcəsinin həmin ilin sentyabr ayına qədər 3,25-3,5 faiz aralığında qalacağını düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçıların əksəriyyəti ilin əvvəlində gözlənilən resessiyadan qorxsa da, “Goldman”ın baş iqtisadçısı FED-in ciddi iqtisadi böhran yaratmadan inflyasiyaya nəzarət edə biləcəyini iddia edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et