“Goldman Sachs” ABŞ-ın iqtisadi artım tempi ilə bağlı proqnozunu artırıb | Banco.az

“Goldman Sachs” ABŞ-ın iqtisadi artım tempi ilə bağlı proqnozunu artırıb

ABŞ-ın investisiya bankı “Goldman Sachs” ölkənin ümumi daxili məhsulu (ÜDM) və koronavirus pandemiyası ilə bağlı təşviq paketinin həcmi ilə bağlı gözləntisini artırıb.

Məlumata görə, “Goldman Sachs” iqtisadçıları bu ilin II rübü üçün ABŞ ÜDM-nin artım tempi ilə bağlı proqnozunu 1 % bəndi artıraraq 10 %-dən 11 %-ə yüksəldib. Bundan başqa, investisiya bankı teşviq paketinin həcmi ilə bağlı gözləntisini isə əvvəlki 1,1 trilyon ABŞ dollardan 1,5 trilyon ABŞ dollara çatdırıb.

“Goldman Sachs” bu il və gələn il üçün ABŞ iqtisadiyyatının böyümə tempi ilə bağlı proqnozunu 0,2 % bəndi artıraraq müvafiq olaraq 6,8 % və 4,5 %-ə yüksəldib.

“Federal Açıq Bazar Komitəsinin (FOMC) gələn il aktiv alışlarını azaltmağa başlamasını gözləyirik", - deyə bankın açıqlamasında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et