Gələn il platin tədarükündə çatışmazlıq yaranacaq | Banco.az

Gələn il platin tədarükündə çatışmazlıq yaranacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

2023-cü ildə platin tədarükündə kəsir yaranacağı ehtimal edilir.

Banco.az xəbər verir ki, Ümumdünya Platin İnvestisiya Şurasının (WPIC) məlumatına görə, avtomobil istehsalçılarının artan tələbi birja fondlarının (ETF) satışını kompensasiya etdiyindən gələn il platin istehlakı tədarükü üstələyəcək.

WPIC əsasən avtomobil sənayesinin emissiyaya nəzarət sistemlərində istifadə edilən platinin tədarükündə 2020-ci ildən bəri ilk dəfə olaraq 330 min unsiya kəsirin olacağını proqnozlaşdırır.

Odur ki, bu qiymətli metal cari ilin qiymət artımı ilə başa vurmağa hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et