Gələcəkdə biznes sferasında xanımların uğurlu olacağı sahələr | Banco.az

Gələcəkdə biznes sferasında xanımların uğurlu olacağı sahələr

İnkişaf edən biznes sahələrində kreativlik və empati bacarıqlarının rolu artdıqca iş dünyasının xanım işçilərə olan ehtiyacı günü-gündən artmağa davam edir.

Rəqəmsal dünyanın inkişaf etdiyi bir dövrdə xanımların biznes sferasında tutduğu mövqe xüsusi önəm daşımağa başlayıb.

Texnologiyanın bu günki inkişaf tempi qadın və kişi işçilər arasında fərqi aradan qaldırmaqda əvəzolunmaz rol oynayır. 1985-ci ildə Donna Haravay “kiberfeminizm” əsərində, məhz texnologiyanın genderlər arasında fərqi aradan qaldıracağını bildirmişdi.

Maraqlı bir digər məqam isə vaxt keçdikcə yeni peşə fəaliyyətlərinin ortaya çıxmasıdır. Hansı ki, bu mövzuda xanımlar xüsusi rol oynayırlar. Bu məqalədə 21-ci əsrdə xanımların yiyələndiyi və yiyələnə biləcəyi peşələr haqda məlumat verəcəyik.

İlk olaraq texnologiya sahəsi ilə başlayaq. Bildiyiniz kimi ilk kompüter və proqramlaşdırma dili məhz xanımlar tərəfindən kəşf edilib. On il öncə bu sahədə işçilərin 95%-nin kişi olduğunu nəzərə alsaq, hal-hazırda bu göstərici 75% təşkil edir. Luxoft-un araşdırmalarına görə son illərdə Amazon, Dell, Microsoft, Google kimi şirkətlərdə top-menecer vəzifəsində çalışan qadınlar artmaqdadır.

Empati və kreativlik mövzusunda xanımların kişilərdən heç də geridə qalmadığı, hətta öndə getdiyi aşkardır. Bu baxımdan dizayn işlərində xanımlar xüsusi rol oynayır. Dizaynın markanın ruhu olduğunu desək yeqin ki, yanılmarıq. Bu sahədə fəaliyyət göstərən və Sterling Brands şirkətinin dizayn üzrə prezidenti, Pepsi və Nestle kimi dünya nəhəngləri də daxil olmaqla 200-dən çox dünya brendi ilə çalışmış xanım Debbi Milman bu mövzuda ən yaxşı nümunələrdən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Trend-liderlik də qadınlar üçün ən uyğun peşələrdən biri kimi dəyərləndirilir. Brendlər öz aralarında rəqabət aparsa da hər zaman müsbət yenilik edənlər qalib olur. Bu baxımdan trendi izləyən və uğurlu tətbiq edən şirkət daha irəli getməyə haqq qazanır, hansı ki,  trend liderlər bu mövzuda əvəzolunmaz rol oynayır. Onlar nəyi necə tətbiq etməyi hamıdan daha yaxşı bilir.

Biznes texnologiya bir-birilə qarşılıqlı əlaqədədir. Bu baxımdan texnologiya inkişaf etdikcə yeni biznes sahələri meydana çıxır. Bunlardan biri də virtual psixologiyadır ki, hansı ki, müasirləşən və inkişaf edən dünyada insanların vaxtına qənaət edərək daha asan öz problemlərini danışacaq insanlar tapmasına yardımçı olur. Empati duyğusunun qadınlarda daha yüksək olduğunu qəbul etsək, bu sahədə onların daha bacarıqlı olacağı aşkardır.

İnkişaf edən cəmiyyətdə artıq xanımlar istənilən sahədə fiziki qüvvəyə ehtiyac qalmadan fəaliyyət göstərə bilirlər. Memar-urbanist sahəsi də bunlardan biridir. Artıq 3D-nin tətbiqi, lantşaftın istənilən formada dizaynını reallaşdırmağa şərait yaradır. Bu sahədə fəaliyyət göstərən Irene Bauman, Alison Bruks, Lisa FiorCoanna Gibbons kimi xanımları misal göstərmək olar.

Event menecer sahəsi də xanımların xüsusi rol oynadığı sahələrdən biridir. HuffingtonPostBusinessNewDaily bu sahədə qadınların daha fəal və bacarıqlı olduğunu vurğulayır. Bunun əsas səbəbi kimi qadınların kişilərdən daha məhsuliyyətli və tələbkar olmaları göstərilir.

Hansı sahədə fəaliyyət göstərməyinizdən asılı olmayaraq əziz xanımlarımıza işindən zövq almağı və uğurlu karyera arzulayırıq!

Ən sərfəli krediti almaq üçün müraciət et