Futbol əfsanəsi: “Der Kaiser” Franz Bekenbauer | Banco.az

Futbol əfsanəsi: “Der Kaiser” Franz Bekenbauer

Bu məqaləmizdə futbol tarixində iz qoymuş bir şəxs haqqında danışacağıq. Bayern Münhenin mərkəz müdafiəçisi olmuş,  Avropada iki dəfə ilin futbolçusu seçilmiş Bekenbauer haqqında yazmaq istərdim.  O dünya çempionatını həm futbolçu, həm də baş məşqçi olaraq qazana bilən  şəxslərdən biridir.  Eyni zamanda dünya kubokunu kapitan olaraq qaldırmış bir futbolçudur. Bütün bu uğurları ona XX əsrin  komandasında,  FİFA dünya çempionatının Dream Teamində  yer almasına köməklik etdi.  Yəni Ronaldo və Messidən əvvəl, futbol tarixində ad salmış Bekenbauer var idi.

Almanlar ona “Der Kaiser” deyirdi, mənası imperator anlamına gəlir. Meydançada göstərdiyi yüksək qabiliyyəti ilə onun adı çəkilən kimi futbolda süprücü funksiyasını yerinə yetirən libero pozisiyası yada düşür.

Franz Bekenbauer 1945-ci il sentyabrın 11-də  Almaniyanın Münhenində yerləşən Giesingin post-müharibə xarabalıqlarında yaşayan ailədə dünyaya göz açıb. Poçt işçisi olan atası futbolun oğluna verəcəyi gələcəkdən şübhəli idi. Buna rəğmən Bekenbauer idmanla məşğul olmağa davam edirdi  . Hətta 1959-cu ildə Nürnbergdə 14 yaş altı liqasında SC Münhen 06 klubun heyətində turnirə qatılır.  Oynadığı klubun maliyyə vəziyyəti yaxşı olmadığından, klubun əvəzedici heyətini ləğv edəcəyi haqqında xəbərlər mövcud idi. Bekenbuer də buna görə azerkeşlik etdiyi TSV 1860 Münhen klubuna keçməyi planlaşdırır. Lakin bəxt elə gətirir ki,  turnirin sonunda  TSV 1860 Münhen klubu ilə Bekenbauerin oynadığı  SC Münhen 06 klubu qarşı-qarşıya gəlir.  Həmin oyun o qədər gərgin olur ki, Bekenbauer 1860 Münheninin oyunçusu ilə dalaşır.  Bundan sonra Bekenbauer qərarını dəyişdirib Bayern Münhen klubuna transfer olur.

Image result for Beckenbauer

1960-cı ildə Bayern Münhenin əvəzedici komandasına oynamağa başlayan Bekenbauerin həyatında bundan sonra bəzi dəyişiklər baş verir.  1963-cü ildə hamilə qoyduğu sevgilisi ilə evlənməyəcəyi haqqında mediada xəbərlər yayılmağa başlayır.  Buna görə də, Alman futbol federasiyası Qərbi Almaniyanın gənc komandasında oynamağı ona qadağan edir. Lakin komandaya yeni gəlmiş məşqçi  Dettmar Cramer federasiyanın bu qərarına müdaxilə edərək, onu komandaya dəvət edir.  1964-cü ildə Bekenbauer Bayern Münhenin əsas komandasında  Stuttgarter Kickerə qarşı debüt edir.  Onun gəlməsi ilə  klub bir çox uğurlar qazanır, hətta 1974-76-cı illərdə kapitan olaraq Avropa kubokunda meydana çıxan Bekenbauer oyunda 3 qol ataraq, het-trik edir.

Ən sərfəli kredit üçün müraciət et

Bekenbauerin  “Der Kaiser” adını alması ilə bağlı belə bir fərziyyə var: Bir fotoda Avstriya imperatoru I Franz Josephlə birgə dayandığına görə azərkeşlər və medianının ona“Der Kaiser” ləqəbini verməsi haqqında xəbərlər yayılır. Lakin bu iddia bir alman qəzeti tərəfindən təkzib olunur.

Image result for Beckenbauer

Bekenbauer nəinki klublarda hətta milli komandada da möhtəşəm oyun göstərmişdir.  O 1964-1983-cü illərdə Qərbi Almaniyanın milli komandasına çıxış edir.  1966-cı ildə Bekenabuer  turnirdə mükəmməl oyun göstərərək öz milli komandasını İngiltərə ilə finala  çıxarır. Düzdü onlar finalda qalib gələ bilməsələr də, Almaniyada qəhrəman kimi qarşılanırlar

1986-cı ildə Bekenbauer  Dünya Çempionatına Qərbi Almaniyanın baş məşqçisi postunda gedir. Lakin onlar finalda Digeo Maradonanın Argentinasına uduzurlar.  1990-cı ildə Bekenbauer bu məğlubiyyətin əvəzini çıxır. Həmin ilin dünya çempionatının final  oyununda  Almaniya Argentina üzərində qalib gələrək qızıl medala yiyələnir.

Karyerasında iki Ballon d’Or mükafatını qazanmış olan Bekebauer çıxdığı  572 oyunda 83 qol atıb. 

Image result for Beckenbauer

Müəllif:  Xəzər Aslanov

Ən sərfəli krediti almaq üçün müraciət et