Funt və dollar təzyiq altındadır | Banco.az

Funt və dollar təzyiq altındadır

Beynəlxalq valyuta birjalarında Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin dəstək gördüyünün şahidi oluruq. Lakin enerji birjalarında neft qiymətlərinin də təzyiq altında qalması, funtun qiyməti ilə yanaşı, dolların da ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. İngiltərə iqtisadiyyatında neft qiymətinin önəmli çəkiyə sahib olması ilə yanaşı, Amerika də son ucuzlaşma dalğasından narazılığını bildirən ilk ölkələr sırasında idi. Bununla yanaşı, Şimal ölkələri arasında Amerika və İngiltərə iqtisadiyyatları da Korona pandemiyasından əziyyət çəkən ölkələr arasındadır. Breksit danışıqlarının dayanmasının iqtisadi fəsadları da gələcək günlər ərzində önəmli olmağa başlaya bilər. 

Avrozona iqtisadiyyatında isə ucuz yanacaq qiymətlərindən faydalanaraq, investisiyaların artması müşahidə edilə bilər. Bunun avronun məzənnələrinə məhdud olsa da müsbət təsirinin olacağı proqnozlaşdırılır. 

Əlvan metallar bazarlarında isə keçən həftə qızılın qiymətində başlayan ucuzlaşma davam edir. Qeyd etmək lazımdır ki, dünyanın hər tərəfində hökümətlərin iqtisadiyyatlara dəstəkləri istiqamətində maliyyə yardımlarının artması, dünyada inflyasiyanın da yüksələcəyi ehtimallarını gücləndirmişdir. Bu, öz növbəsində, son bir həftə ərzində qızıla olan tələbin artmasına səbəb olmuşdur. Lakin bu ehtimallar zəifləyir. 

Ən sərfəli kredit üçün müraciət et

Maraqlı məqam isə qızılın ucuzlaşdığı bir dövrdə kriptovalyuta bazarında Bitkoin, Etereum, Laytkoin və Riplin dəyər qazanmaqda davam etməsidir. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et