Fransada inflyasiya bir ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

Fransada inflyasiya bir ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransada inflyasiyanın sürəti enerji və ərzaq qiymətlərinə görə gözləniləndən daha çox zəifləyib.

Banco.az xəbər verir ki, Insee tərəfindən dərc olunan məlumatlara görə, Avrozonanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Fransada illik inflyasiya 5,9 faizdən 5,1 faizə düşüb. Aylıq inflyasiya isə 0,1 faiz azalıb.

Avropa ittifaqına (Aİ) inteqrasiya edilmiş inflyasiya isə may ayında 6,9 faizdən 6 faizə geriləyib ki, bu da ötən bir ilin ən aşağı səviyyəsidir. İqtisadçıların proqnozu 6,4 faizi işarə edirdi.

Qeyd edək ki, enerji qiymətləri başda olmaqla, bir çox sektorda qiymət təzyiqlərinin azalması inflyasiyanın sürətini itirməsinə təsir göstərib. Ölkədə ərzaq məhsullarının qiymət artımı isə 15,9 faizdən 14,1 faizə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et