Foreks bazarlarında dolların ucuzlaşması sürətlənib | Banco.az

Foreks bazarlarında dolların ucuzlaşması sürətlənib

Foreks bazarlarında dolların ucuzlaşması daha da sürətlənir, neft və qızıl qiymətlərində bahalaşma isə investorlar üçün əsl hədiyyə oldu.

Beynəlxalq birjalarda dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqdadır. Belə ki, EUR/USD və GBP/USD məzənnələri artıq yenidən 1.11 və 1.30$-ın üzərində ticarət edilirlər. Təhlillərə əsasən, avro 1.12, funt sterlinq isə 1.31$-a kimi bahalaşa bilər. 

Neft və qızıl qiymətlərində “atəşfəşanlıq”. 

Əmtəə birjalarında da neft və qızıl qiymətləri dəyər qazanmaqda davam edir. 1513$-a ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1535$, 68$-a təklif edilən bir barel üzrə Avropanın Brent neftinin qiyməti isə 71$-a kimi bahalaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq Amerikanın neft ehtiyatlarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et