"Forbes" 2018-ci ilin ən bahalı musiqiçilərinin siyahısını açıqladı | Banco.az

"Forbes" 2018-ci ilin ən bahalı musiqiçilərinin siyahısını açıqladı

Dünyaca məhşur "Forbes" jurnalına istinadən Banco.az məlumat verir ki, bu il 118 mln dollar ilə U2 qrupu ən çox qazanan musiqiçilər siyahısına başçılıq edir. Sözü gedən siyahıda Coldplay 115,5 mln dollar, britaniyalı pop-musiqiçi Ed Sheeran 110 mln dollar ilə ikinci və üçüncü pillələrdə qərarlaşıblar. 

Forbes, eyni zamanda U2 qrupunun belə bir “rəqəmi” necə əldə etdiyini açıqlayaraq: Joshuasan Tree Tour ilə eyni adlı albomun 30 illiyi ilə bağlı konsertinə 2,7 mln insanın gəldiyini qeyd edib. Eyni zamanda qrup ötən ilin sonunda, sayca 14-cü albomu “Songs of Experience” təqdim edərək, kütlənin marağına səbəb olmağı yenə də, bacarıb.

Həmçinin oxu: Pol Makkartni: "Öz mahnılarıma görə $50 mln ödəməyə hazır deyildim"

Həmçinin oxu: Pol Alleni birlikdə tanıyaq

Qrupun 5 qitədə təşkil olunan Coldplay adlı yeni konsert turunu izləməyə gələn pərəstişkarları, onları ən çox gəlir əldə edən musiqiçilər reytinqinin 2-ci pilləsinə qədər yüksəldib. Turun özü, dünya şou-biznesi tarixində, gəlirlərin yüksəkliyini nəzərə alaraq (U2-nin 360 TourRolling Stones-A Bigger Bang Tour -dan sonra) üçüncülüyü əldə edib.

2016 cı il "Qremmi" mükafatının britaniyalı laureatı Ed Sheeran solo fəaliyyəti ilə konsert turu və "streaming" (ing – axın) servisləri vasitəsilə gəlirini 110 mln dollara qədər yüksəldib.

Əfsanəvi Guns N’Roses dünya turundan əldə etdiyi 71 mln dollar (8-ci) və bass-gitaraçı Pink Floyd (Rodcer Uoters) 68 mln dollar (9-cu) qazanc ilə bu siyahıda yer alıblar.

Ötən ilin reytinq birincisi olan reper Diddy (Şona Kombsa) isə, gəlirini iki dəfə azaldaraq (130 mln $-64 mln $) 2018-ci ilin çox qazanc əldə edən musiqiçiləri siyahısında 10-cu olub.

Günel Gözəlova, Banco.az

 

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç