“Fitch Ratings” neft qiymətlərinin bahalaşmasını gözləyir | Banco.az

“Fitch Ratings” neft qiymətlərinin bahalaşmasını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch Ratings” “OPEC+” tərəfindən hasilat ixtisarının neft qiymətlərini dəstəkləyəcəyini bildirib.

Banco.az xəbər verir ki, “Fitch Ratings” Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla “OPEC+” ölkələrinin tədarükə təzyiqinin gələn ilin birinci yarısına qədər neft qiymətlərini bahalaşdırmağa kömək edəcəyini bildirib.

Bununla da, qurum gələn il üçün neft proqnozunu 5 dollar/barel artırıb.

“Fitch Ratings”in bəyanatına görə, qurum bu il üçün Brent markalı xam neftin bir barelinin qiymət proqnozunu 80 dollardan 82 dollara, Qərbi Texas tipli (WTI) xam neftin qiymət proqnozunu isə 75 dollardan 78 dollara yüksəldib.

Gələn il üçün isə daha əvvəl 75 dollar olacağı proqnozlaşdırılan Brent markalı neftin barel qiyməti 80 dollara, WTI tipli xam neftin 70 dollar olacağı düşünülən barel qiyməti isə 75 dollara doğru nəzərdən keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et