"Fitch" ilin sonu Almaniya və İtaliyada tənəzzülün olacağını düşünür | Banco.az

"Fitch" ilin sonu Almaniya və İtaliyada tənəzzülün olacağını düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch” 2023-cü ilin sonlarında Almaniya və İtaliya iqtisadiyyatları üçün tənəzzül proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” ölkələrindəki inflyasiyaya nəzarət etmək üçün mübarizə aparan Almaniya və İtaliya iqtisadiyyatlarının bu ilin sonuna doğru tənəzzül mərhələsinə daxil olacaqlarını düşünür. 

“Fitch”in suverenlər və millətlərüstü qurumların qlobal rəhbəri Ceyms Makkormak Bloomberg TV-yə müsahibəsində mövzu ilə bağlı açıqlamalar edib.

O bildirib ki, Avrozona əksini iddia etsə də, Almaniya və İtaliya iqtisadiyyatlarını ilin sonuna doğru bir qədər kiçilmə gözləyir. Bu kiçilmənin kəskin olacağını ehtimal etməyən Makkormak, " hər bir halda, tənəzzül özlüyündə əhəmiyyətlidir", deyə vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən ölkələr üçün tənəzzül proqnozlaşdıran ekspert Böyük Britaniya iqtisadiyyatının isə artıq həmin mərhələdə olduğunu söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et