"Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində təsdiqləyib | Banco.az

"Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində təsdiqləyib

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.

"APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnozlar neqativdir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin milli və xarici valyutada prioritet təminatsız istiqrazlarının reytinqi də "BB+" səviyyəsində təsdiqlənib.

Reytinqin "BB+" səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında "Fitch" xarici ticarət balansında müsbət saldonun, aşağı səviyyədə xarici borcun olmasını göstərib. Reytinq üzrə proqnozun neqativ olmasına gəlincə, "Fitch" makroiqtisadiyyat və maliyyə sektoru ətrafında yaranan qeyri-müəyyənliyə diqqət çəkib.

Ən sərfəli krediti almaq üçün müraciət et