Finlandiyanın dövlət borcu rekord səviyyəyə yüksəldi | Banco.az

Finlandiyanın dövlət borcu rekord səviyyəyə yüksəldi

Müəllif:Ayşən İmanova/Banco.az

Finlandiya dövlət borcunun artımına görə bütün Aİ ölkələrini qabaqlayır.

Banco.az xəbər verir ki, ötən ilin dördüncü rübündə Şimali Avropa ölkəsinin dövlət borcu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,3% artıb. Latviya dövlət borcunun 1,8% artması ilə ikinci yerdədir. Dövlət borcunun artımına görə üçüncü yeri 1,3 faizlə Rumıniya tutur.

Portuqaliya, Yunanıstan, Kipr kimi ölkələrdə isə əksinə, dövlət borcu azalıb.

Qeyd edək ki, Finlandiya hökuməti 2028-ci ilə qədər büdcə kəsirini iki dəfə azaldaraq 6,9 milyard avroya çatdırmağı planlaşdırır. Bu problemi həll etmək üçün vergilər artırılacaq, müavinətlərin məbləği dəyişəcək. ƏDV 24%-dən 25,5%-ə qaldırılacaq. Finlandiyada ƏDV Avropada əlavə dəyər vergisinin ikinci ən yüksək səviyyəsi olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et