Fəaliyyəti bərpa olunacaq iş və xidmət sahələri - SİYAHI | Banco.az

Fəaliyyəti bərpa olunacaq iş və xidmət sahələri - SİYAHI

Azərbaycanda aprelin 27-si saat 00:00-dan etibarən fəaliyyəti bərpa olunacaq iş və xidmət sahələri açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, aşağıdakı iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

kitab satışı

qəzet satışı

dəftərxana mallarının satışı

çap və surətçıxarma fəaliyyəti

fotoatelye/fotostudiyalar

fərdi mənzillərdə təmizlik xidmətləri

dərzi xidmətləri

kosmetika və ətriyyat satışı

geyim satışı

ayaqqabı və dəri məmulatlarının satışı

qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

Ən sərfəli kredit üçün müraciət et

kompüter avadanlıqlarının satışı və təmiri

elektronika və məişət texnikasının satışı

mebel satışı

avtomobil satışı

kimyəvi məhsulların satışı

gül və bitki məhsullarının satışı

kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

gübrə və aqrokimyəvi məhsulların satışı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et