“Ferrari” ilə "Samsung" əməkdaşlığa başlayıb | Banco.az

“Ferrari” ilə "Samsung" əməkdaşlığa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ferrari”nin yeni modellərində “Samsung” ekranlarından istifadə olunacaq.

Banco.az xəbər verir ki, “Ferrari” gələcək avtomobillərində “Samsung Display”in OLED ekranlarının istifadə olunacağını açıqlayıb.

Belə ki, İtaliyanın lüks avtomobil brendi “Ferrari” öz avtomobillərindəki displeylər üçün “Samsung Display” ilə müqavilə imzalayıb.

“Ferrari”nin CEO-su Ferrari Benedetto Vigna bildirib ki, Cənubi Koreya şirkətinin OLED ekranları şirkətin yeni nəsil avtomobillərində istifadə olunacaq. Ancaq qeyd edək ki, sözügedən müqavilənin maliyyə təfərrüatları açıqlanmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün xatırladaq ki, “Ferrari”nin tarixində ilk elektrik avtomobilini isə 2025-ci ildə təqdim edəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et