Fərdi sahibkarlar üçün qənaət imkanı | Banco.az

Fərdi sahibkarlar üçün qənaət imkanı

Fərdi sahibkar və hüquqi şəxslərin bank qayğılarına xüsusi həssaslıqla yanaşan Expressbank onlara yüksək keyfiyyətli və sərfəli şərtlər əsasında bank xidmətləri təqdim edir. Belə ki, bankın yeni tarifləri əsasında hüquqi şəxslər və fərdi sahibkarlar üçün 10-dan artıq bank xidməti üzrə misli görünməmiş təkliflər və qənaət imkanları təqdim edir:

  • Əmək haqqı layihələri - pulsuz.  
  • Biznes kartların verilməsi - pulsuz
  • POS terminalların quraşdırılması - pulsuz
  • Valyutaların dəyişdirilməsi - pulsuz
  • Ölkədaxili köçürmələr - pulsuz

Bütün bunlardan əlavə 1 ay müddətində hesabdan nağd pulun çıxarılması, hesabın açılması, hesabdan çıxarış, POS-terminal üzrə hesabdan məxaric, əmək haqqı fondundan köçürmə kimi xidmətlər üzrə 0% bank komissiyası müştərilərə maddi resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək. Müştərilər bu yanaşmanı yüksək qiymətləndirir və məhz bu qiymətin nəticəsidir ki, 2017-ci ilin yanvar ayından bu günədək 1000-dən artıq fərdi sahibkar bank əməliyyatlar üçün Expressbank-ı seçmişdir.
 
Yeni tariflər çərçivəsində kredit əldə etmiş hüquqi şəxslər və fərdi sahibkarlar da bir sıra xidmətlərdən pulsuz yararlana biləcəklər.
 
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.
 
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et