Fərdi sahibkar 78 mln. dollar ixrac gəliri əldə edib | Banco.az

Fərdi sahibkar 78 mln. dollar ixrac gəliri əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

"İxrac icmalı"nın sentyabr sayında qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-avqust aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət ixracatçı (özəl) subyektlərin reytinqi tərtib edilib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, Şirinov Elvin Valeh oğlu bu dəfə də qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında 1-ci olub.

O, bu dövrdə 78,1 milyon dollarlıq ixrac həyata keçirib. Bu da illik müqayisədə 53,5 milyon dollar (3,2 dəfə) çoxdur. Ötən ay da sahibkar bu siyahıda 66,8 milyon dollarlıq ixracla 1-ci olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et