"FED uçot dərəcəsini gözlənildiyi kimi tez bir vaxtda aşağı salmayacaq" | Banco.az

"FED uçot dərəcəsini gözlənildiyi kimi tez bir vaxtda aşağı salmayacaq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bob Prins: FED uçot dərəcəsini gözlənildiyi kimi tez bir vaxtda aşağı salmayacaq.

Banco.az xəbər verir ki, dünyanın ən böyük hedcinq fondlarından biri olan “Bridgewater”in Baş İnvestisiya Mütəxəssisi (CIO) Bob Prins inflyasiya ilə mübarizənin sona çatmadığı və baza inflyasiyasının azaldılmasının çox çətin olacağı barədə xəbərdarlıq edib.

O, FED-in gələn il sürətli faiz endirimləri həyata keçirəcəyi ilə bağlı spekulyasiyalar aparmağın tez olduğunu deyib.

Ekspertin bu rəyləri ABŞ-da illik inflyasiyanın iki ildən artıqdır ki, ən aşağı səviyyəyə düşdüyünü göstərən məlumatlara görə səhmlər və istiqrazlar üzrə reallaşan qlobal bahalaşmaya sərt cavab reaksiyası olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, fyuçers bazarlarındakı hazırki qiymətlər investorların payıza qədər FED-in 5-5,25 faizlik cari hədəf aralığından növbəti 0,25 faiz bəndi artım gözləməsini əks etdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et