Fed faizi sıfıra endirdi | Banco.az

Fed faizi sıfıra endirdi

ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsi (FMOC) faizi sürpriz bir şəkildə 1 bənd azaldaraq 0 - 0.25% aralığına endirib. Həmçinin bank 700 milyard dollarlıq təşviq proqramı (istiqraz alışları) açıqlayıb.

Koronvirus epidemiyasına qarşı ABŞ iqtisadiyyatını qorumağa çalışan Fed sonuncu dəfə 3 Mart 2020-ci il tarixində təcili toplanaraq 0,50 bənd faiz endiriminə getmiş və faiz aralığını 1,50-1,75% aralığından 1,00-1,25% aralığına endirmişdi. 

Fed-in açıqlamasında, "Fed, iqtisadiyyatın son hadisələrin təsirindən sovuşduğundan, məşğulluq və qiymət sabitliyi hədəflərinə yönəlmiş risklərin ortadan qalxdığına əmin olana qədər faizləri sıfıra yaxın saxlayacaqdır. Bu addım, iqtisadi aktivlik, güclü işçi qüvvəsi bazarı şərtləri və inflyasiyanın Fed-in 2% hədəfinə qayıtmasına dəstək olacaq" deyilir. 

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər bildirirlər ki, Fed təkbaşına virus böhranı ilə mübarizə apara bilməz, ancaq kömək əlini uzada bilər. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et