"Fed 2019-da 1 dəfə faiz artıracaq" | Banco.az

"Fed 2019-da 1 dəfə faiz artıracaq"

"Bloomberg"in keçirdiyi sorğudan çıxan nəticəyə görə, iqtisadçılar ABŞ Mərkəzi Bankının (Fed) 2019-cu ildə 1 dəfə faiz artıracağını gözləyirlər.  

13 - 15 Mart arasında keçirilmiş sorğuda iştirak edən əksər iqtisadçılar Fed-in Sentyabr ayında faiz artıracağını gözləyirlər. 

Dekabr sorğusunda iştirakçılar Fed-in 2019-da 2 dəfə faiz artıracağını nəzərdə tuturdular.

32 sorğu iştirakçısından heç biri 19 - 20 Martda keçiriləcək Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında faiz artırılacağını gözləmir. 

Ən sərfəli kredit üçün müraciət et

Fed rəsmiləri də bir neçə dəfə bu ay faiz artırmağa getməməkdən məmnun olacaqları siqnalını vermişlər.

Fed "gözlə gör" mövqeyini tutub. Çünki iqtisadi inkişafın bu il mülayim olması gözlənilir, inflyasiyanın yüksəlməsi üçün risklər yaranıb. 

İnvestorların isə bu il Fed-in faiz artıracağına şübhələri getdikcə artır. 2019-da Fed-in faiz endiriməsinin də  mümkün ola biləcəyini qeyd olunur. 

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et