Facebook “WhatsApp” üçün kripto valyuta buraxmağa hazırlaşır | Banco.az

Facebook “WhatsApp” üçün kripto valyuta buraxmağa hazırlaşır

Facebook şirkəti WhatsApp vasitəsilə pul mübadiləsini asanlaşdırmaq üçün şəxsi kripto valyutasını buraxmağa hazırlaşır.

Həmçinin oxu: Kriptovalyuta nədir?

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu valyuta əsasən Hindistana yönələrək xaricdə fəaliyyət göstərən Hindistanlı işçilərin ailələrinə pul göndərməsini asanlaşdıracaq. Beynəlxalq pul köçürmələri olduqca məsrəfli proses olduğundan digər şirkətlər də uzun müddət idi ki, bu problemi həll etməyə çalışırdılar.

Odur ki, Facebook şirkəti bir müddətdir ki, şəxsi kripto valyutasını buraxmaq üçün işlər görürdü.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin çatmaq istədiyi hədəfin ilkin təfərrüatları və bu sistemin necə işləyəcəyinə dair məlumatlar ortaya çıxıb. Facebook stablecoin (sabit valyuta) olaraq tanınan bir sistem hazırlayacaq. Bu sistemdə şirkətin kripto valyutası ABŞ dollarına sabitləşdirilərək kursun elastikliyi azaldılacaq. Bitkoin kimi kripto valyutaların dəyəri tamamilə bazarın tələbinə bağlı olduğu üçün çox sürətlə artım və enmə müşahidə edilə bilir. Odur ki, Facebook şirkətinin bu təşəbbüsü yaxın zamanlarda reallaşmaq ehtimalından uzaqdır.

Həmçinin oxu: Bitkoinin qiyməti 4 min dolları keçib

Tamara Mustafayeva, Banco.az