"Facebook" şirkətinin "ağıllı" eynəkləri satışa çıxarıldı - QİYMƏT | Banco.az

"Facebook" şirkətinin "ağıllı" eynəkləri satışa çıxarıldı - QİYMƏT

Tamara Mustafayeva, Banco.az

"Facebook" və "Ray-Ban" şirkəti "Ray-Ban Stories" adlandırılan birinci nəsil "ağıllı" eynəklərin satışına başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sosial media nəhəngi "Facebook" və "Ray-Ban" eynək markasının ana şirkəti olan "EssilorLuxottica"nın birgə əməkdaşlığı çərçivəsində istehsal edilən birinci nəsil "ağıllı" eynək modeli istifadəçilərin bəyənisinə təqdim edilib. Bu eynək istifadəçilərinə musiqi dinləmək və telefon danışıqları həyata keçirməklə yanaşı, foto və video çəkiliş imkanı da yaradır. Həmçinin bu fotoşəkilləri və 30 saniyəlik videoları "Facebook", "Instagram", "WhatsApp" və "Messenger" platformalarında yayımlamaq mümkün olacaq.

20 müxtəlif növü olan bu eynəklər ABŞ-la yanaşı, Avstraliya, Kanada, İrlandiya, İtaliya və Birləşmiş Krallıqda satışa çıxarılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən "ağıllı" eynəklərin başlanğıc qiyməti 299 dollar təşkil edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et