"Facebook" şirkəti 10 min insanı işə götürəcək | Banco.az

"Facebook" şirkəti 10 min insanı işə götürəcək

Tamara Mustafayeva, Banco.az

"Facebook" şirkəti "metaverse" layihəsi çərçivəsində Avropada 10 min insanı işlə təmin edəcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, sosial media nəhəngi "Facebook" şirkətin "metaverse" adlanan yeni layihəsinin təkmilləşdirilməsi üçün Avropada 10 min vakant yer açılacağını, ancaq işə qəbulun İngiltərəyə şamil edilməyəcəyini açıqlayıb.

Sözügedən işə qəbul zamanı hədəf bazarlar arasında Şimali İrlandiyadan fərqli olaraq hələ də Avropa İttifaqının üzvü olan İrlandiya Respublikası ilə yanaşı Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa və Hollandiya yer alır. Şirkət rəsmisinin açıqlamasına görə, İngiltərə də həmçinin bu plandan geri qalacaq.

Xatırladaq ki, "metaverse" layihəsi insanların oyun oynaya, işləyə və bir-biri ilə ünsiyyət qura biləcəyi virtual dünyaya qapı açır. "Metaverse" sözü ingiliscə "meta" (o yana, kənarda) prefiksi və "verse" (dünya sözünün qısaltması) hissəciyindən formalaşaraq internetin gələcək iterasiyasını təsvir etmək məqsədilə işlədilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et