Facebookda qrup video-zəngləri üçün yeni funksiya istifadəyə veriləcək | Banco.az

Facebookda qrup video-zəngləri üçün yeni funksiya istifadəyə veriləcək

Nigar Umaxanlı, Banco.az

“Facebook”da 50 nəfərə kimi şəxs eyni vaxtda zaman məhdudiyyəti olmadan video-zənglərdə iştirak edə biləcək. Video-konfransları “Facebook” hesabı vasitəsilə yaratmaq olacaqdır. Bu funksiya daha sonra “WhatsApp” və “Instagram”a da tətbiq ediləcək.

Şirkətin bloqunda xəbər verilir ki, qrup video-zənglərini keçirtməyə imkan verəcək “Messenger Rooms” xidməti istifadəyə verilib.

Həmçinin oxu: Məşhur playstation şirkəti yeni kəşfə imza atdı

Konfranslar “Facebook” və ya “Facebook Messenger” hesablarının köməyi ilə yaradıla bilər və hətta sosial şəbəkədə qeydiyyatdan keçməmiş şəxslər də video-zəngə qoşula bilərlər. Təşkilatçılar istifadəçiləri video-konfransdan çıxartmaq və həmçinin konfransa girişi məhdudlaşdırmaq imkanı əldə edəcəklər.

“Messenger rooms” artıq bu həftə bir sıra ölkələrə (adları dəqiq verilməyib) təqdim ediləcək, ardınca funksiya bütün istifadəçilər üçün əlçatan olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Silikon Vadisinin virtual versiyası yaradıldı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et