"Facebook Meta" üzlə tanıma sistemini ləğv edəcək | Banco.az

"Facebook Meta" üzlə tanıma sistemini ləğv edəcək

Tamara Mustafayeva, Banco.az

"Facebook Meta" üzlə tanıma sistemini növbəti həftələrdə ləğv etməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, yeni adı "Meta" olan şirkətin Süni İntellekt üzrə vitse-prezidenti Cerom Pesenti blog məqalələrinin birində "Facebook"da artıq üzlə tanıma sistemindən istifadə edilməyəcəyini açıqlayıb.

Üzlə tanıma sistemini seçən istifadəçilərin fotoşəkil və videolarda avtomatik tanınmasının bundan sonra deaktiv ediləcəyini bildirən Pesenti bir milyarddan çox istifadəçinin üzlə tanıma məlumatlarının da silinəcəyini qeyd edib.

Qeyd edək ki, üzlə tanıma texnologiyasını hələ də olduqca effektiv vasitə kimi dəyərləndirdiklərini söyləyən şirkət rəsmisi sözügedən texnologiyaların təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atdıqlarını da açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et