"Facebook Meta" ağıllı saatını bu tarixdə təqdim edəcək | Banco.az

"Facebook Meta" ağıllı saatını bu tarixdə təqdim edəcək

Tamara Mustafayeva, Banco.az

Bir neçə gün əvvəl adını "Meta" ilə əvəzləyən və yaxın zamanda "metakainat"a inteqrasiya etməyə hazırlaşan "Facebook" bu çərçivədə fəaliyyətini davam etdirir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Facebook Meta" hazırda ağıllı saat hazırlığındadır.

Sözügedən ağıllı saatın dizaynına nəzər saldıqda ilk baxışda onun "Apple Watch"a bənzədiyini düşünə bilərsiniz, ancaq mühüm fərqliliklə özünəməxsusluğunu elan edir. Belə ki, bu saatın aşağı hissəsində kamera və kiçik cızıq mövcuddur. Bununla da, saatın video zənglər üçün də istifadə ediləcəyi düşünülür. 

Qeyd edək ki, 2022-ci ildə bazara çıxarılması planlaşdırılan ağıllı saatın Android və iOS sistemlərinin hər ikisində də istifadə edilə biləcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et