Əzəli rəqabət ChatGPT vasitəsilə yenidən başlayıb | Banco.az

Əzəli rəqabət ChatGPT vasitəsilə yenidən başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əzəli rəqiblər - “Burger King” və “McDonald's” indi də ChatGPT vasitəsilə hərəkətə keçiblər.

Banco.az xəbər verir ki, “Burger King” şirkəti “McDonald's”ın ChatGPT tərəfindən hazırlanan yeni reklam kampaniyasına istinad edərək rəqabəti yenidən alovlandırıb.

Belə ki, “McDonald's” Braziliyada hazırlanan kampaniyada fəst-fud nəhəngi şirkət ChatGPT çatbotundan ən məşhur burgerin hansı olduğunu soruşur. ChatGPT də cavab olaraq dünyaca məşhur “Big Mac”ın adını çəkir.

Cəmi bir neçə gün sonra “Burger King” “DAVID São Paulo” reklam agentliyi vasitəsilə oxşar kampaniyaya imza atır və ChatGPT-dən “Bəs ən böyük burber hansıdır”, deyə soruşur. Cavab “Burger King”in məşhur “Whopper”i olur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, kampaniyanın daha effektiv olması üçün Burger King əzəli rəqibinin reklam lövhələrinin yanında öz reklamlarını yerləşdirib. Şirkətin bu maraqlı və rəqabət yaradan addımı reklam agentliyinin yaradıcı və media qrupları ilə müştəri arasında harmonik koordinasiyanın nəticəsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et