"Enerji böhranı Almaniyanı tənəzzülə sürükləyə bilər" | Banco.az

"Enerji böhranı Almaniyanı tənəzzülə sürükləyə bilər"

Tamara Mustafayeva, Banco.az

"Deutsche Bundesbank"ın sədri və Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Yoahim Naqel enerji böhranı artacağı təqdirdə Almaniyanın tənəzzüllə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib. O, həmçinin daha çox faiz artımının zəruriliyini vurğulayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Naqel açıqlamasında "Yüksək inflyasiya nəzərə alınarsa, daha çox faiz artımı olmalıdır", deyə bildirib. "Ötən bir neçə ay göstərdi ki, biz pul siyasəti ilə bağlı iclasdan iclasa qərar verməliyik", deyə əlavə edib.

Naqel enerji böhranının təsirləri ilə bağlı isə aşağıdakı xəbərdarlığı edib:

“Əgər enerji böhranı dərinləşərsə, gələn qış tənəzzül ehtimalı yarana bilər. Alman iqtisadiyyatı, əslində ilin birinci yarısında çətin şəraitə baxmayaraq, kifayət qədər yaxşı göstəricilər əldə edib. Bununla belə, məsələn, su səviyyəsinin uzun müddət aşağı olması səbəbindən çatdırılma ilə bağlı problemlər ortaya çıxarsa, ikinci yarımil üzrə iqtisadi proqnozlar daha da pisləşəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et