Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edəcək | Banco.az

Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

İyulun 21-də energetika naziri Pərviz Şahbazov Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyinə istinadən verilən məlumata görə, qəbul saat 11:00-dan etibarən Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində (Ünvan: Naxçıvan şəhəri, AZ7000, Z.Əliyeva küçəsi 1/12) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et