Ən yaxşı "Netflix" serialları - SİYAHI | Banco.az

Ən yaxşı "Netflix" serialları - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Netflix" abunəçi sayına görə dünyanın ən böyük rəqəmsal yayım platformasıdır. Lakin rəqabətin gündən-günə artdığı bazarda liderliyi saxlamaq elə də asan deyil. Buna görə də, şirkət öz məzmun kitabxanasını daim yeni seriallar və filmlərlə genişləndirir. Təəssüf ki, bu davamlılıq heç də həmişə müsbət nəticələr vermir və "Netflix"də nə izləməliyəm?" - deyə bir sual həmişə yaranır.

Platformadakı onlarla serial və film arasından ən yaxşı "Netflix" serialını seçmək istifadəçilər üçün olduqca çətin ola bilər. Bu məzmunda platformada izləyə biləcəyiniz ən yaxşı "Netflix" seriallarından 10-nu təqdim edirik:

1. "Breaking Bad"

IMDb-yə görə dünyanın ən yaxşı serialı olan "Breaking Bad" 2008-ci ildə ekranlara çıxan və 2013-cü ildə tamaşaçılarla vidalaşan kriminal dram serialıdır. Vins Qilliqan tərəfindən yaradılmış serialda bütün hadisələr Uolter Uayt adlı kimya müəlliminin xəstə olmasını öyrənməsindən sonra baş verir. 

Ağciyər xərçəngi olduğunu öyrənən Uayt öldükdən sonra ailəsinə pul saxlamaq üçün nə edəcəyini düşünür və keçmiş tələbəsi Cessi Pinkman ilə birlikdə narkotik vasitələr istehsal etməyə başlayır. Cinayət həyatına qədəm qoyan və qaranlıq dünyaya baş vuran ikili narkotik bazarında mühüm rol oynamağa başlayır.

İndiyə qədər kino dünyasının ən prestijli mükafatlarına layiq görülən "Breaking Bad" "Netflix"də izləyə biləcəyiniz ən yaxşı seriallar arasında birinci yerdədir.

2. "Stranger Things"

Dünyanın ən yaxşı "Netflix" seriallarından biri olan "Stranger Things" qorxu və sirri sevənlərin mütləq izləməli olduğu seriallardan biridir. Serial Haukins adlı şəhərdə bir uşağın müəmmalı şəkildə yoxa çıxması ilə başlayır. Sonradan qəribə hadisələr baş verir və bir qrup uşaq bu sirri həll etməyə çalışır. Mett Daffer və Ross Duffer qardaşlarının rejissorluğu ilə çəkilən serial indiyədək onlarla mükafat qazanıb.

3. "Peaky Blinders"

"Peaky Blinders" 1920-ci illərdə İngiltərənin Birmingem şəhərində cərəyan edən kriminal dram serialıdır. Sözügedən serial Tomas Şelbinin rəhbərlik etdiyi Şelbi ailəsi ətrafında cərəyan edir. Bu ailə müxtəlif cinayətlər törətdiyi üçün daim diqqət çəkir.

Qaranlıq aləmdə yüksəlməyə çalışan Şelbi ailəsi müxtəlif düşmənlərlə mübarizə aparmalı olur. O dövrün ab-havasını və musiqisini tamaşaçılara əks etdirməyi bacaran "Peaky Blinders" də "Netflix"in ən yaxşı serialları arasındadır.

4. "You"

Karolin Kepnesin eyni adlı romanı əsasında çəkilmiş "You" serialı Nyu-Yorkda kitab mağazası işlədən Co Qoldberk adlı bir adamın qaranlıq həyatından bəhs edir. Kənardan normal bir insan kimi görünən Co əslində obsesif bir insandır. Bir gün Co kitab almaq üçün onun dükanına gələn Beklə qarşılaşır və ona bağlanır. Onun həyatını yaxından izləməyə başlayır. Serial irəlilədikcə tamamilə fərqli faktlar da ortaya çıxır.

5. "Blacklist"

Ən məşhur "Netflix" seriallarından biri olan "Blacklist" Reymond "Red" Reddinqton adlı cinayətkarın FTB-yə təslim olması ilə başlayır. "Blacklist" adlanan siyahıdakı cinayətkarları tutmaq üçün FTB-yə təslim olmağa qərar verən Reddinqton yalnız agent Elizabet Keen ilə görüşmək istəyir. Reddinqton və Elizabeth Keen birləşir və təhlükəli cinayətkarlar bir-bir tutulur. Bu arada ikisi arasında xüsusi bir bağ yaranır. Serial irəlilədikcə izləyiciləri şoka salan faktlar üzə çıxmağa başlayır.

Ən sərfəli kredit üçün müraciət et

6. "Dark"

Baran bo Odar və Jantje Friese tərəfindən yaradılan elmi fantastika və dram növündəki teleserial "Netflix"də ilk orijinal alman serialıdır. Serial 1 dekabr 2017-ci ildə yayımlanmağa başlayıb.

Serialda Almaniyanın Winden şəhərinin uşaqlarının yoxa çıxması ilə bölgədə yaşayan dörd ailənin pozulmuş münasibətləri, ikili həyatı, qaranlıq keçmişi və üç nəslə yayılan bir sirr üzə çıxır. Sözsüz ki, hər dəfə izləyəndə yeni bir məqamı üzə çıxara biləcəyiniz bir serialdır.

7. "Prison Break"

Linkoln Burrows Prezidentin köməkçisinin qardaşını öldürmək günahıyla edam cəzasına məhkum edilir. Böyük qardaşını xilas etmək üçün inşaat mühəndisi Maykl Skofild bütün qanuni yolların tükəndiyini fərqinə varınca işi özü həll etməyə qərar verir və qüsursuz bir həbsdən qaçış planı hazırlayır. Ardından saxta bir bank soyğunu nizamlayar və sonra tutular. O, qaçış planlarının hamısını heç kimin şüphələnmiyəcəyi şəkildə bədəninə döymə etdirir. Sağlamlıq problemlərini bəhanə edən Mayks böyük qardaşının olduğu Fox River Əyalət həbsxanasına göndərilir. Maykl içəridə gözlənilməz vəziyyətlərlə qarşılaşır və böyük qardaşını qaçırmaq üçün girdiyi həbsxanadan 7 adamı daha qaçırmaq məcburiyyətində qalır.

8. "La Casa de Papel"

Professor adlı xarakter öz işlərinin ustası olan 8 nəfəri bir araya gətirir. Onlarla birlikdə 5 ay boyunca mövcud ideya əsasında soyğun planı hazırlayır. Hətta bir-birlərinin adlarını belə bilməyən Denver, Moskva, Tokio, Nayrobi kimi şəhər adları ilə bir-birinə müraciət edən bu insanlar planlanan vaxtda İspaniya eləcə də, dünya tarixindəki ən ideal oğurluğu reallaşdırmaq üçün hərəkətə keçir.

9. "Black Mirror"

"Black Mirror" Çarli Bruker tərəfindən yaradılmış İngilis elmi fantastika antoloji televiziya serialıdır. Serialın məğzi informasiya texnologiyalarının insan münasibətlərinə təsiridir. Heç bir bölüm əvvəlki hissələrlə, nə süjet, nə aktyorlar baxımından əlaqəli deyil. 

10. "Vikings"

Serial əfsanəvi Raqnar Lodbrok, həyat yoldaşları Lagerta, Kraka Aslauq Siqurdsdatter, oğulları Byörn, Halfdan Hvitserk, Siqurd Raqnarsson, Ubbe Raqnarsson və Sümüksüz Ayvarın həyatından, qədim dövrlərdəki vikinqlərin həyat tərzindən bəhs edir. Serialın hazırlanmasında Əhməd ibn Fədlanın əsərlərindən, Raqnarın övladları saqası, tarixçi Sakson Qrammatikin "Danların əməlləri" əsərindən, anqlo-sakson salnamələrindən istifadə olunub. Netflixdə ən çox izlənilən ən maraqlı seriallardan biridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et