Ən təmiz havası olan şəhərlər - TOP 10 | Banco.az

Ən təmiz havası olan şəhərlər - TOP 10

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünya sənayeləşmədə böyüməyə davam etdiyi üçün havanın çirklənməsi qlobal bir problem yaradır. Əksər böyük şəhərlər günü-gündən çirklənir. Həmin şəhərlərdəki havanın keyfiyyəti həm yerli əhalinin, həm də ziyarətçilərin sağlamlığı üçün təhlükə yaradır. Bununla belə, bəzi şəhərlər daha yaşıl mühit və sərt ekoloji qaydalara görə hələ də daha təmiz hava keyfiyyəti ilə fərqlənir.  

Bu məqalədə havası ən təmiz olan 10 şəhər haqqında qısa məlumat hazırlamışıq.

1. Reykyavik, İslandiya

Reykyavik İslandiyanın paytaxtı və ən böyük şəhəridir. Reykyavik həm də dünyanın ən təmiz və yaşıl şəhərlərindən biridir. Bu isə onu qlobal turizm mərkəzinə çevirir.

2. Vyana, Avstriya

Vyana Avropa İttifaqının (Aİ) ən çox məskunlaşdığı ölkələrdən biridir və bütün ölkə əhalisinin təxminən yarısı burada yaşayır. Lakin bu, onun dünyanın ən təmiz havası olan şəhərlərindən biri olmasına mane olmayıb. Şəhər hələ də yerli sakinlər və turistlər üçün kifayət qədər təhlükəsiz hesab edilən təmiz hava indeksinə malikdir.

3. Helsinki, Finlandiya

Finlandiyanın paytaxtı və ən sıx əhalisi olan şəhər həm də ölkənin sosial, mədəni və siyasi mərkəzidir. Şəhərin təmiz havası qismən ölkəni əhatə edən meşələrlə bağlıdır. Helsinki eyni zamanda dünyanın ən yaşanacaq şəhərlərindən biridir.

4. Sürix, İsveçrə

Sürix İsveçrənin Zürix gölünün şimal tərəfində yerləşən mənzərəli və ən böyük şəhəridir. Sürix bir neçə onilliklər ərzində dünyanın ən təmiz havası olan şəhərləri siyahısındadır.

5. Göteborq, İsveç

Göteborq İsveçin qərb sahilində yerləşən ikinci ən böyük şəhəridir. Çoxlu parklar və bağlar, bulvarlar və ətraf mühit qanunları kimi digər amillər Göteborqda havanın keyfiyyətini daha təmiz və təhlükəsiz saxlamağa kömək edir.

6. Haaqa, Hollandiya

Haaqa şəhəri Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə ev sahibliyi edən dünyanın ən məşhur şəhərlərindən biridir. Bu iki beynəlxalq məhkəmə dünyanın hər yerindən hər il Haaqaya minlərlə ziyarətçi cəlb edir, lakin yenə də şəhərin havası təmiz qalır. Bu, okean havası ilə bağlıdır, çünki şəhər Şimal dənizinə baxan Hollandiyanın qərb sahilində yerləşir. Həmçinin, burada zərərli maddələrin emissiyasını məhdudlaşdıran və insanların uzunmüddətli çirklənməyə məruz qalmasının qarşısını alan ciddi qanunlar var.

Ən sərfəli kredit üçün müraciət et

7. Tallin, Estoniya

Tallin Estoniyanın şimalında, mənzərəli körfəzdə yerləşən sakit və füsunkar şəhərdir. 500.000-dən az əhalisi olmasına baxmayaraq, şəhər hələ də Estoniyada əhalinin ən sıx məskunlaşdığı şəhərdir.

8. Viktoriya, Kanada

Vankuver adasının ən cənub nöqtəsində, Kanadanın Sakit okean sahillərində yerləşən və Britaniya Kolumbiyası əyalətinin paytaxtı olan Viktoriya şəhəri çoxlu parklar, ağaclar və bağlardan ibarətdir ki, bu da onu Kanadanın məşhur turizm məkanına çevirir.

9. Stokholm, İsveç

Stokholm İsveçin paytaxtıdır və Avropa İttifaqının ən heyrətamiz şəhərlərindən biridir. Şəhər körpüləri və mənzərələri ilə məşhurdur.

10. Oslo, Norveç

Oslo Norveçin paytaxtı və ölkənin ən sıx məskunlaşdığı şəhərdir. Şəhər biznes və istirahət üçün sakit təbiətə sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et