Ən populyar smartfon istehsalçılarının adları açıqlanıb | Banco.az

Ən populyar smartfon istehsalçılarının adları açıqlanıb

2021-ci ilin ikinci rübündə Avropa ölkələrində ən populyar smartfonların adları açıqlanıb.

Avropaya smartfon tədarükünün həcminə görə Çinin "Xiaomi" şirkəti lider olub. Hesabat dövründə regionda 12 milyondan çox smartfon tədarük etməklə ümumi bazar payının 25 faizini əhatə edib.

"Samsung" 24 faiz bazar payı ilə liderliiyi əldən verib. Şirkət bu ilin ikinci rübündə Avropaya 11 milyondan çox smartfon tədarük edib.

Üçüncü yerdə 9 milyon smartfon və 19,2 faiz bazar payı ilə "Apple" qərarlaşıb.

Qeyd olunub ki, "Xiaomi" smartfonlarına ən böyük tələbat Rusiya, Ukrayna, İspaniya və İtaliyada qeydə alınıb.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et