Ən dəyərsiz valyutalar hansılardır? - Siyahı | Banco.az

Ən dəyərsiz valyutalar hansılardır? - Siyahı

Dünyanın ən dəyərli valyutaları deyəndə ilk olaraq ağlımıza dollar, avro, funt sterlinq, İsveçrə frankı, Kanada dolları kimi valyutalar gəlir. Bu ölkələrin valyutaları güclü və sabit olduğundan onların məzənnələri gün, ay və bəzən illərlə çox dəyişmir. 

Bəs dünyanın ən dəyərsiz valyutaları hansılardır?

Banco.az xəbər verir ki, bu valyutalar tez-tez yüksək inflyasiya, iqtisadi qeyri-sabitlik və alıcılıq qabiliyyətinin aşağı olması kimi iqtisadi problemlərlə mübarizə aparan ölkələrin valyutalarıdır.

Bu məqalədə hazırkı statistikaya əsasən, ən dəyərsiz valyutalar haqqında məlumat verəcəyik.

Həmçinin oxu: Ən dəyərli valyutalar hansılardır? - Siyahı

1. İran Rialı (Iranian Rial)

Valyuta kodu – IRR

1979-cu ildə İslam İnqilabı ilə devalvasiyaya başlayan İranın pul vahidi dünyanın ən ucuz valyutasıdır.

İslam İnqilabından sonra İran-İraq müharibəsi və İranın nüvə proqramına görə üzləşdiyi sanksiyalar valyutasının ucuzlaşmasına səbəb olub. 

1 Azərbaycan manatı = 24,86 İran rialı

1 ABŞ dollar = 42,27 İran rialı

2. Venesuela Bolivarı (Venezuelan Bolivar)

Valyuta kodu – VES

Venesuela bolivarı hazırda dünyanın ikinci ən dəyərsiz valyutasıdır. COVID-19 pandemiyasından çox böyük mənfi təsirə məruz qalan Venesuela bolivarı 2020-ci ildə rekord səviyyədə dəyər itirdi. Bu valyuta eyni zamanda dünyanın ən çox inflyasiyaya məruz qalmış valyutasıdır.

1 Azərbaycan manatı = 19,10 Venesuela bolivarı

1 ABŞ dollar = 32,46 Venezuela bolivarı

3. Vyetnam Donqu (Vietnamese Dong)

Valyuta kodu - VND

Ən zəif valyutalar siyahısında üçüncü yeri tutan Vyetnam donqu Vyetnamın mərkəzləşdirilmiş iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi ilə əlaqədar çətin islahat prosesindən keçir. Buna görə də ölkənin valyutası öz dəyərini itirir.

Vyetnam donqunun dollar qarşısında dəyərinin aşağı olması da turistlərin diqqətini cəlb edib və son illər ölkəyə gələn turistlərin sayı sürətlə artıb. 

1 Azərbaycan manatı = 14,176 Vietnam donqu

1 ABŞ dollar = 24,100 Vietnam donqu

4. Zambiya Kvaçası (ZMW)

Valyuta kodu - LAK

Afrika qitəsində yerləşən Zambiya müstəmləkə dövrlərinin təsirlərini örtməyə çalışsa da, hələ də izlərini üzərində daşıyır. 

1 Azərbaycan manatı = 11,70 Zambiya kvaçası

1 ABŞ dollar = 19,70 Zambiya kvaçası

5. Laos kipi (Lao Kip)

Ən sərfəli kredit üçün müraciət et

Valyuta kodu - LAK

Laos Xalq Demokratik Respublikasının pul vahidi olan Laos kipi uzaq şərqin ən dəyərsiz pul vahidlərindən biridir. 

1 Azərbaycan manatı = 11,591 Laos kipi

1 ABŞ dollar = 19,711 Laos kipi

6. İndoneziya Rupisi (Indonesian Rupiah)

Valyuta kodu - IDR

Cənub-Şərqi Asiyada yerləşən və təbii gözəllikləri ilə tanınan İndoneziya iqtisadi cəhətdən inkişaf etmiş ölkə olsa da, valyutasının dəyəri üçün eyni şeyi demək olmaz. Ölkənin idarəetmə orqanları milli valyutanın möhkəmlənməsi üçün bütün tədbirləri görür, lakin hələlik bu tədbirlər yalnız lazımsız dəyişikliklərə gətirib çıxarır.

1 Azərbaycan manatı = 8,96 İndoneziya rupisi

1 ABŞ dollar = 15,23 İndoneziya rupisi

7. Özbəkistan Somu (Uzbek Sym)

Valyuta kodu - UZS

Sovet İttifaqının dağılmasından sonra Özbəkistan 1991-ci ildə müstəqil oldu və 1993-cü ilə qədər Rusiya rublundan istifadə etməyə davam etdi. 1993-cü ilin noyabrında Özbəkistan hökuməti rublu somla əvəz edərək onu ölkənin rəsmi pul vahidi elan edib.

1 Azərbaycan manatı = 7,09 Özbəkistan somu

1 ABŞ dollar = 12,05 Özbəkistan somu

8. Qvineya Frankı (Guinean Franc)

Valyuta kodu - GNF

Afrika ölkəsi olan Qvineyada qızıl və almaz kimi bir çox qiymətli metallar olsa da, valyutasının məzənnəsi çox aşağıdır. Təbii ki, bunun yüksək inflyasiya, yoxsulluq kimi müxtəlif səbəbləri var.

1 Azərbaycan manatı = 5,03 Qvineya frankı

1 ABŞ dollar = 8,56 Qvineya frankı

9. Paraqvay Quaranisi (Paraguayan Guarani)

Valyuta kodu - PYG

Cənubi Amerika ölkəsi olan Paraqvayın pul vahidi quarani 1994-cü ildən Paraqvayın rəsmi valyutasıdır. Paraqvay quaranisi hazırda Amerika qitəsində ən aşağı qiymətli valyutadır.

1 Azərbaycan manatı = 4,27 Paraqvay quaranisi

1 ABŞ dollar = 7,27 Paraqvay quaranisi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et