Ən dəyərli çip istehsalçısı Avropaya sərmayə qoymağa hazırlaşır | Banco.az

Ən dəyərli çip istehsalçısı Avropaya sərmayə qoymağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nvidia” şirkəti Avropaya sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, süni intellekt gündəmi ilə dəyəri 1 trilyon dollara çatan şirkətlər klubuna qatılan çip istehsalçısı “Nvidia”nın baş direktoru Jensen Huanq şirkətin Avropaya investisiya qoyuluşu ehtimalının olduqca yüksək dəyərləndirildiyini söyləyib.

Huanq Avropa komissarı Tyeri Bretonun “Nvidia Avropaya daha çox sərmayə qoymalıdır və Avropa Nvidia-nın gələcəyini qurmaq üçün əla yer olacaqdır” sözlərinə istinad edib.

Xatırladaq ki, “Nvidia”nın dəyəri şirkətin qrafik prosessorlarının generativ süni intellekt alətlərini təkmilləşdirməkdə lazım olan məlumat mərkəzləri üçün ən populyar hala gəlməsilə artmağa başlayıb. Şirkətin məlumat mərkəzi departamentindəki satışlar 2022-ci ildə 41 faiz artaraq 15 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et