Elon Maska qarşı məhkəmə iddiası | Banco.az

Elon Maska qarşı məhkəmə iddiası

Müəllif: Mehin Qasımova/Banco.az 

Amerikalı iş adamı Elon Mask "Twitter" adını "X olaraq dəyişdirdikdən sonra  ABŞ şirkəti tərəfindən məhkəməyə verilib.

Banco.az xəbər verir ki, bu barədə NTV  xəbər verib. 

Reklam agentliyi Maskın iyul ayında Twitter-in adını dəyişməsinin onun ticarət nişanı hüquqlarını pozduğunu iddia edib. 

Belə ki, reklam agentliyi 2016-cı ildən "X Social Media" adından  istifadə edir və Facebook reklamına 400 milyon dollardan çox sərmayə qoyub.

"X Sosial Media" Maskın  o addan istifadəsinə qadağa qoyulmasını tələb edir və təzminat tələb edir. Elon Mask bununla bağlı  heç bir açıqlama verməyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Twitter-in müştəriləri çaşdıran adının dəyişməsi gəlir itkisi ilə nəticələnib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et