Elman Rüstəmova yeni vəzifə verilib | Banco.az

Elman Rüstəmova yeni vəzifə verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Qeyd edək ki, ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et