“ƏDV geri al” tibb xidmətlərində keçərlidirmi? | Banco.az

“ƏDV geri al” tibb xidmətlərində keçərlidirmi?

Vətəndaşlar ödənişli tibbi xidmətlərə müraciət etdikləri zaman klinikaya ödədikləri ƏDV-nin müəyyən hissəsi geri qaytarılırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması həyata keçirilir.

Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et