ECB rəsmisi faiz artımlarının martdan sonra da davam edəcəyini söyləyib | Banco.az

ECB rəsmisi faiz artımlarının martdan sonra da davam edəcəyini söyləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ECB rəsmisi Olli Ren faiz artımlarının gələn aydan sonra da davam edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü və Finlandiya Mərkəzi Bankının sədri Olli Ren ECB-nin mart ayından sonra da faiz artırmağa davam etməli olduğunu və faiz dərəcəsinin yay aylarında pik həddə çatacağını gözlədiyini bildirib.

O açıqlamasında aşağıdakı ifadələrə yer verib:

“İnflyasiyanın çox yüksək olaraq davam etdiyi bir mühitdə faiz artımlarının martdan sonra da davam etməsi olduqca mümkün, məntiqli və məqsədəuyğun görünür. Faiz dərəcəsində məhdudlaşdırıcı səviyyəyə çatmağımız və bir müddət bu səviyyədə qalmağımız vacibdir.”

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ekspertlər hazırda 2,50 səviyyəsində olan uçot dərəcəsinin yay aylarının sonuna doğru 3,7 faiz səviyyəsinə çatacağını və ilk faiz endirimi qərarının isə 2023-cü ilin ilk rübündə veriləcəyin proqnozlaşdırırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et