Düzgünü namizədi seçmək üçün 3 sual | Banco.az

Düzgünü namizədi seçmək üçün 3 sual

İşəgötürmə və düzgün namizədi seçmə şirkətin gələcəyi üçün ən vacib nüanslardan biridir. Əminəm ki, hamınız bu ifadəni eşitmisiniz ”İşə götürdüyün deyil, işdən çıxarda bilmədiyin insandır əsas problemlərin mənbəyi”. Amma mən inanıram ki, ideal istedadı seçmək üçün 3 addımdan ibarət bir prosessdən keçmək lazımdır.  Birini işə götürmək üçün verəcəyiniz ən vacib suallardan biri budur:

 “Onlar bu işi ifrat dərəcədə yaxşı görə biləcəkmi?”

Növbəti suala keçmək üçün onların bu işin öhdəsindən əla gələ biləcəyinə əmin olmalısınız. Amma ikinci sual daha vacibdir:

“Onlar bu işi uzun vədədə son dərəcədə mükəmməl yerinə yetirəcəkmi?”

Əlbəttə ki, onlar başlanğıcda, özlərini yaxşı göstərməyə çalışır, öz bacarıqlarını satır, özlərini nümayiş etdirir, axı onlar intervüyə gəlib və seçilmək istəyir. Təzə başlayanda hər şey onlara yenidir və onlar çox həvəslidir. Bəs, onlar bu işi bir neçə il ərzində eyni dərəcədə əzmlə görməyə davam edəcəkmi?

Bu sualın cavabını iki kiçik sualla tapa bilərsiniz.

  • Həmin namizədlərin həyatdakı hədəfləri hansılardır?
  • Həmin hədəflər onların müraciət etdiyi işlə - yəni mövcud pozisiya ilə uzlaşırmı?

Sizin həmin namizədi seçməkdən öncə özünüzə verəcəyiniz üçüncü sual isə belədir?

Ən sərfəli kredit üçün müraciət et

"Bu şəxs sizin komanda üçün ən uyğun adamdırmı?"

Çünkü bəzən insanlar çox mükəmməl icraçı ola bilər, amma ətrafındakı insanlara inanılmaz mənfi təsir göstərir, onları əzir, şirkətə də ziyan edirlər. Ona görə də insanları nəyin cəlb etdiyinə fikir vermək lazımdır, nəticəyə meyylilik, ya öz töhfəsini vermək, böyümək, əldə etdikləri ilə yola çıxmaq. Deməli siz fikir verməlisiniz ki, onların məqsədləri sizin şirkətlə uzlaşırmı və onlar komandaya münasibdirmi.

Beləliklə bizim üç sualımız : Onlar bu işi icra edə bilirmi? Onlar bu işi həm də uzun müddətdə eyni dərəcədə yaxşı icra edə biləcəkmi? Komandaya uyğundurmu?

Bu üç sual sizə düzün namizədi seçməyə kömək edəcək. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et