Dünyanın ikinci ən böyük lotereyası öz sahibini tapıb | Banco.az

Dünyanın ikinci ən böyük lotereyası öz sahibini tapıb

Müəllif:Mehin Qasımova/Banco.az 

Dünyanın ikinci ən böyük lotereyası  öz sahibini tapıb.

Banco.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında bir şəxs dünya tarixində ikinci ən böyük cekpot olan 1,76 milyard dollarlıq “Powerball” cekpotunu qazanıb.

Lotereya təşkilatı The California Lottery-nin açıqlamasına görə, ABŞ-ın Kaliforniya əyalətində 36 həftədir ardıcıl olaraq keçirilən "Powerball"da baş mükafatı hələlik kimliyi açıqlanmayan şəxs qazanıb.

İndiyədək keçirilən 36 tirajda qalib müəyyən olunmadığı üçün transferlə artan və 1,76 milyard dollara çatan uduşun bileti əyalətdəki “Midway” adlı marketdən alınıb.

Baş mükafatın qalibi 30 il müddətinə ödənilməyə razı olduğu təqdirdə bütün məbləği və ya birdəfəlik ödənişə üstünlük verərsə, 774,1 milyon dollar alacaq.

ABŞ-ın 45 ştatında oynanan "Powerball"da qalib gəlmək şansının 292,2 milyonda bir olduğu bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ tarixində ən böyük lotereya cekpotu 2022-ci ilin noyabrında 2,04 milyard dollarlıq "Powerball" lotereyası olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et