Dünyanın ən varlı qadınlarını tanıyırsınızmı? | Banco.az

Dünyanın ən varlı qadınlarını tanıyırsınızmı?

Kişilərin dünyadakı bütün varlılar siyahısına hakim olduğu düşünülsə də, varlı qadınlar da azlıq təşkil etmir. Üstəlik, bu qadınların əksəriyyətinə bu var-dövlət miras olaraq qalmamışdır. Bəziləri tamamilə öz səyləri ilə varlanan şəxslər ikən, digərləri isə öz imperiyalarını qurmaq üçün paylarına düşən mirası başlanğıc olaraq istifadə edib böyük işlərə imza atmışlar.

Həmçinin oxu: Dünyanın ən uğurlu insanları bunları ƏSLA etmirlər

Bugünkü məqaləmizdə sahibkarlıqla məşğul olmaq istəyən qadınlara ilham olacaq dünyanın ən varlı 10 qadını ilə sizləri tanış edəcəyik.

1. Alisiya Valton (Alice Walton)

Bloomberg - ə görə dünyanın ən varlı qadını olan Alisiya Valtonun 46.7 milyard dollar dəyərində bir sərvətə sahib olduğu güman edilir. “Walmart”  mağazalar şəbəkəsinin qurucusu Sem Voltonun (Sam Walton) qızı olan Alisiya internet galereyasını idarə etməklə yanaşı həmçinin ailə şirkəti olan “Walton Enterprises” – ın da rəhbəridir.

2. Fransuaza Betakur (Françoise Bettencourt-Meyers)

Dünyaca tanınmış kosmetika şirkəti L’Óréal – ın varisi Lilian Betakur (Liliane Bettencourt) keçən il vəfat etdiyi zaman onun qızı Fransuaza Betakur (Françoise Bettencourt-Meyers) birdən-birə dünyanın ən varlı qadınlarından biri oldu. Fransuaza 44.7 milyard dollarlıq sərvətə sahibdir. O, “Bettencourt Schueller” fondunun sədri və həmçinin yazıçıdır.

Həmçinin oxu: Dünyanın ən bahalı ölkələri AÇIQLANDI - REYTİNQ CƏDVƏLİ

3. Maria Franca Fissolo

Siyahının üçüncü yerində dünyaca məşhur “Ferrero Rocher” şokaladlarının yaradıcısı, Nutella şokaladını və fındığı birləşdirib yeni bir marka yaratmağa nail olan iş adamı Michele Ferrero – nun dul həyat yoldaşı Maria Franca Fissolo qərarlaşıb. Forbes jurnalının məlumatına görə 33.2 milyard dollar dəyərində bir sərvətə sahibdir.

4. Jacqueline Mars

Jacqueline Mars “Mars” şirniyyat şirkətinin üçdə birinə sahibdir. Həmçinin Forbes jurnalına görə, 28.3 milyard dollar dəyərində bir sərvətə sahibi olduğu da güman edilir. Şirkəti üçün illərlə çalışan Mars, şirkətin idarə heyətində də fəaliyyət göstərib, ancaq bu günlərdə ən çox xeyriyyəçilik fəaliyyətləri ilə adından söz edilir.

Həmçinin oxu: Dünyanın ən yenilikçi 10 şirkəti

Ən sərfəli kredit üçün müraciət et

5. Zhou Qunfei

Zhou Qunfei – nin məktəbi tərk edib saat şüşəsi istehsal edən bir fabrikdə işləməyə başladığı söylənilir. 22 yaşında olarkən özünə məxsus ilk şirkətini qurdu. Sözü gedən şirkət, mobil telefonlar üçün şüşə ekran istehsalı ilə məşğul idi. Çinli iş qadını hazırda öz səyləri ilə dünyanın ən varlı qadınlarının siyahısına daxil olmağa nail olub və 9.2 milyard dollar dəyərində sərvətin sahibidir.

6. Sherry Brydson

Kanadanın ən zəngin qadını, yatırım şirkəti “Woodbridge” – in əsas səhmdarı Sherry Brydsondur. O, 7.46 milyard dollar dəyərində sərvətə sahibdir.

Həmçinin oxu: Dünyanın Ən UĞURLU insanlarından Uğurun tərifi

7. Diane Hendricks

Həyat yoldaşı ilə birlikdə qurduğu “ABC Supple” şirkətini idarə edən Diane Hendricks təqribən 4.9 milyard dollar dəyərində sərvətin sahibidir.

8. Yang Huiyan

Yang Huiyan varlıların 1% - nin yaşadığı ölkələrdən biri olan Çinin ən zəngin qadınlarından biridir. “Country Garden Holding” – in əsas səhmdarı olan Huiyanın sərvəti 25.6 milyard dollar dəyərindədir.

9. Loretta Robinson

Loretta Robinson Kanadanın ən böyük media və kommunikasiya şirkətlərindən biri olan “Rogers Communications” şirkətini quran Ted Rogers – in dul həyat yoldaşıdır. Robinson ailəsinin 7.9 milyard dollar dəyərində sərvətə sahib olduğu deyilir.

10. Gina Rinehart

Bir qadın üçün iş həyatına daxil olub orada özünə yer etmək olduqca çətindir, üstəlik də mədən sənayesindən söhbət gedirsə. Gina Rinehart – ın Avstraliyadakı ən varlı insana çevrilib təxmini dəyəri 14.9 milyard dollarlıq bir sərvətə qovuşması da məhz belə baş verib.

Həmçinin oxu: Dünyanın ən varlı şəxsləri kimlərdir?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et