Dünyanın ən varlı insanının qızı "Dior"un rəhbəri seçilib | Banco.az

Dünyanın ən varlı insanının qızı "Dior"un rəhbəri seçilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bernard Arno “Dior”un idarəçiliyini qızı Delfinə təhvil verib.

Banco.az xəbər verir ki, dünyanın aparıcı lüks istehlak nəhənglərindən biri olan və “Bulgari”, “Dior”, “Celine”, “Kenzo” və “Givenchy” kimi brendləri özündə birləşdirən “Louis Vuitton” (LVMH) şirkətinin baş icraçı direktoru və hazırda dünyanın ən varlı insanı olan Bernard Arno qızı Delfini moda brendi “Dior”un rəhbəri vəzifəsinə gətirib.

2018-ci ildən “Dior”a rəhbərlik edən Pietro Bekkarinin isə “Louis Vuitton”un yeni baş direktoru təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Bernard Arnonun beş övladının ən böyüyü olan Delfin Arno 2013-cü ildən “Louis Vuitton”da iki nömrəli rəhbər vəzifəni tutur. O, artıq “Dior”un baş icraçı direktoru vəzifəsini icra edəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Bernard Arnonun oğulları Antuan, Aleksandr və Frederik də qrup daxilində rəhbər vəzifələr tuturlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et